Şimali Koreya ölkədə yeni böyük kalibrli çoxlu raket sistemini uğurla test etdiyini açıqlayıb. Sınaq zamanı atılan 4 raket 358,5 kilometr məsafədəki dəniz hədəfini tam dəqiqliklə vurub.
Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.
Şimali Koreya lideri Kim Çen İn sınağın uğurla keçdiyini bildirib ki, test zamanı atılan raketlərin əsas üstünlüyü, hər cür xarici müdaxiləni dəf edə və özünü yönəldə bilən dəqiq yönləndirilmiş uçuş sisteminə sahib olmasıdır.
Kim Çen İn deyib ki, bu sınaq ölkənin strateji caydırıcılığını artırmaq baxımından kritik əhəmiyyət daşıyır və yeni silah sistemi artıq aktiv şəkildə istifadə oluna bilər. O, sistemin əvvəlki modellərdən xeyli inkişaf etmiş olduğunu vurğulayıb.
Kim həmçinin qeyd edib ki, aparılan sınaqlar Şimali Koreya müdafiə sənayesinin davamlı inkişafının göstəricisidir:
"Bizim həyata keçirdiyimiz bu və oxşar fəaliyyətlər yalnız nüvə müharibəsinə qarşı davam gətirmək məqsədi daşıyır”.


Bizim.Media



































































































