Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə QADAĞAN EDİLƏCƏK

Hazırda oxunan: Fransa rəsmilərinə "Google Meet", "Zoom" və "Microsoft Teams"dən istifadə QADAĞAN EDİLƏCƏK

593139

Fransa hökumət məmurlarına "Google Meet", "Zoom" və "Microsoft Teams" kimi ABŞ videokonfrans platformalarından istifadəni qadağan edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, qərar Avropada ABŞ xidmətlərindən asılılıqla bağlı artan narahatlıqlar fonunda Fransa texnologiyalarına keçilməsinə yönəlib.
 

Qeyd olunur ki, bu ölkədə Fransanın Rəqəmsal Nazirliklərarası İdarəsi (Dinum) tərəfindən hazırlanmış videokonfrans platforması olan "Visio"ya keçid gözlənilir. Platforma Fransanın "Outscale" şirkətinin infrastrukturu üzərində işləyir.


Qeyd edək ki, 2023-cü ildə Fransada hökumət üzvlərinin "Telegram", "Signal" və "WhatsApp" mesajlaşma tətbiqlərindən istifadəsini qadağan edən bir sərəncam imzalanıb. Məmurlara Fransanın "Tchap" və "Olvid" tətbiqlərindən istifadə etmələri tövsiyə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin