Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

Hazırda oxunan: Hindistanda təyyarə qəzası: 5 ölü var - VİDEO

593110

Hindistanın Maharaştra ştatında çarter uçuşu həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində ştatın hökumət başçısının müavini Acit Pavar da daxil olmaqla təyyarədəki 5 nəfərin hamısı ölüb.

Bizim.Media Hindistan mediasına istinadla xəbər verir ki, hadisə yerli vaxtla səhər saat 9 radələrində Puna bölgəsinin Baramati şəhərindəki hava limanında baş verib.
 

Mumbay şəhərindən gələn “Learjet 45” təyyarəsi hava limanına fövqəladə eniş etməyə çalışıb. Lakin yerə çırpılan təyyarə yanıb.


Qəzada digər ölənlər pilot və təhlükəsizlik xidmətinin əməkdaşlarıdır. İlkin ehtimala görə, qəzaya texniki problem səbəb olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin