Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

Hazırda oxunan: Rusiyanın Xarkovda sərnişin qatarına dron hücumu nəticəsində 4 nəfər həlak olub

593081

“Yanvarın 27-də Rusiya Ukraynanın Xarkov bölgəsində sərnişin qatarına dronlarla hücum edib. Mülki əhaliyə qarşı dron hücumu istənilən ölkədə eyni cür qəbul edilir - yalnız terrorizm kimi. Avropada, Amerikada, ərəb dünyasında, Çində və ya başqa yerdə bu, şübhəsiz terror aktı hesab edilərdi”.

Bizim.Media xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Zelenski qeyd edib ki, qatarda mülki şəxslərin öldürülməsində heç bir hərbi məqsəd yoxdur:

“Həmin qatarda 200-dən çox insan olub. Rusiya dronlarından birinin vurduğu vaqonda 18 nəfər olub. Üç dronla edilən bu hücumda dörd nəfər həlak olub. Xilasedicilər daha dörd nəfəri axtarır, ikisi isə yaralanıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin