Rusiya Xarkov vilayətində sərnişin qatarına zərbə endirib, nəticədə vaqon və elektrovoz yanıb, iki nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov və baş nazirin müavini Aleksey Kuleba məlumat veriblər.
Kulebanın sözlərinə görə, qatarda 291 sərnişin olub. Yaralanan iki nəfəri qatar briqadası çıxararaq təcili tibbi yardıma təhvil verib, onlar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata əsasən, zərbə “Shahed” tipli üç pilotsuz uçuş aparatı ilə endirilib.
“Zərbə teplovozun qarşısına və sərnişin vaqonuna dəyib, bunun nəticəsində vaqonda yanğın baş verib”, - deyə Kuleba əlavə edib.
Bizim.Media



































































































