Ukraynanın Macarıstandakı səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Macarıstan XİN məlumat yayıb.
“Bu gün biz Ukraynanın səfirini XİN-ə çağırdıq. Macarıstanda seçkilərə müdaxiləyə dözümlülük göstərməyəcəyik. Bura Ukraynanın seçkilərin nəticələrinə təsir göstərmək və seçki prosesinə “Tisa” partiyasının xeyrinə müdaxilə etmək cəhdləri də daxildir”, — deyə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Bildirilib ki, son həftələrdə Ukrayna prezidenti və Ukrayna hökuməti açıq və aqressiv şəkildə müdaxilə kampaniyasına başlayıblar:
“Onların məqsədi aydındır — Macarıstanda seçki prosesinə “Tisa” partiyasının xeyrinə təsir göstərmək. Lakin Macarıstanın taleyini yalnız macar xalqı müəyyən edə bilər. Bu qərar Macarıstanda verilir, nə Brüsseldə, nə də xüsusilə Kiyevdə. Biz suverenliyimizi bütün mümkün vasitələrlə qoruyacağıq”.
Bizim.Media



































































































