Ukrayna Prezidenti Volodimir Zelenski 27 yanvar — Holokost qurbanlarının Beynəlxalq Anım Günü münasibətilə milyonlarla günahsız insanın xatirəsini yad edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntüləri UNİAN nəşri yayıb.
Dövlət başçısı tarixi günlə bağlı qeyd edib ki, bu tarix nasistlər tərəfindən qətlə yetirilmiş yəhudilərin və digər qurbanların yaddaşının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Zelenski vurğulayıb ki, 1945-ci il yanvarın 27-də Auşvits konslagerinin azad edilməsi yalnız hərbi qələbə deyil, eyni zamanda bəşəriyyət üçün şər üzərində mənəvi zəfərin simvolu olub. Onun sözlərinə görə, bu hadisə tarixdən çıxarılmalı olan mühüm bir dərsi xatırladır: nifrət bir xalqa yönəldikdə, digər xalqlar kənarda və laqeyd qala bilməz.
Prezident bildirib ki, Holokost kimi faciələrin təkrarlanmaması üçün dünya birliyi həmrəy olmalı, zorakılıq, ayrı-seçkilik və aqressiyaya qarşı birgə mübarizə aparmalıdır. Zelenski əlavə edib ki, yalnız beynəlxalq birlik və qlobal həmrəylik yeni humanitar fəlakətlərin qarşısını ala və təcavüzü dayandıra bilər.
Ukrayna liderinin bu mesajı Holokostun yaddaşlarda saxlanmasının, tarixdən nəticə çıxarılmasının və gələcək nəsillərin belə faciələrdən qorunmasının vacibliyini bir daha gündəmə gətirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:40 / 27.01.2026
Zelenski Holokost qurbanlarının xatirəsini yad etdi – VİDEO
Hazırda oxunan: Zelenski Holokost qurbanlarının xatirəsini yad etdi – VİDEO
Hazırda oxunan: Zelenski Holokost qurbanlarının xatirəsini yad etdi – VİDEO
592989
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































