Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

Hazırda oxunan: Rusiya Odessa şəhərinə zərbə endirdi – Xəsarət alanlar var - FOTO

592935

Yanvarın 27-nə keçən gecə Rusiya qoşunları Odessanı atəşə tutub, şəhərin mərkəzində, Xadjibey rayonunda yaşayış binalarına zərbələr endirilib.

Bizim.Media bu barədə Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın “Telegram” sosial şəbəkəsindəki paylaşımına istinadla xəbər verir.

Bildirilib ki, hücum dronlarının gecə hücumu Odessada genişmiqyaslı dağıntılara səbəb olub, yaşayış binalarına və sosial infrastruktura ciddi zərər vurulub. Xəsarət alanların sayı isə iyirmidən çox olub.

Gecə ərzində şəhərə hücum dronlarının kütləvi hücumu həyata keçirilib. Atəş nəticəsində infrastruktur obyektlərinə, çoxmənzilli binalara, uşaq bağçasına, mağazaya və tikinti sahəsinə ziyan dəyib. Zərbələr nəticəsində xeyli dağıntı var və yanğınlar baş verib. Rəsmi məlumata görə, hücum nəticəsində 22 nəfər yaralanıb. Onlardan 14-ü yüngül xəsarət alıb və hadisə yerində tibb işçiləri tərəfindən müalicə olunub. Bütün təcili yardım xidmətləri gecə saatlarından bəri hücumun nəticələrini aradan qaldırmaq üçün çalışır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin