Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək

Hazırda oxunan: Rusiyada bu miqrantlara vətəndaşlıq və yaşayış icazəsi verilməyəcək

592934

Miqrant öz ölkəsində cinayət törədibsə, ona Rusiya vətəndaşlığı və yaşayış icazəsi (VNJ) verilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsində qeyd olunub.

Qanuna layihəsində bildirilib ki, Rusiya vətəndaşlığına və ya VNJ almağa ərizə təqdim edərkən miqrantlardan cinayət keçmişinin olmaması haqqında arayış tələb olunması planlaşdırılır. Əcnəbidən müvafiq sənədi öz ölkəsində alması tələb olunacaq.

Daxili İşlər Nazirliyinin məlum qanun layihəsi Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin