Zərifə Əliyevanın İrpendəki abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib – FOTO/VİDEO

Hazırda oxunan: Zərifə Əliyevanın İrpendəki abidəsi hava zərbələrindən qorunması üçün xüsusi vasitələrlə üzlənib – FOTO/VİDEO

592745

İntensiv raket və PUA hücumlarına görə Kiyev şəhərində və vilayətində Azərbaycana aid heykəllərin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri davam edir.

Bizim.Media “Azərtac.az”a istinadla xəbər verir ki, səfirliyin qarşısında Ümummilli Lider Heydər Əliyevin heykəlinin qorunması istiqamətində işlər yekunlaşıb. 

İrpen şəhərinin Dostluq parkında Azərbaycanın görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın abidəsinin, eləcə də Kiyevdə dünyaşöhrətli müğənni Müslüm Maqomayevin heykəlinin baryerlər və qoruyucu çəpərlərlə mühafizəsi işləri başa çatmaq üzrədir. 

Qarşıdakı günlərdə digər abidələrimizin, o cümlədən Azərbaycanın görkəmli şairləri Nəsiminin, Səməd Vurğunun abidələrinin də mühafizəsi işləri başa çatacaq. Bu proses SOCAR-ın Ukraynadakı nümayəndəliyi tərəfindən icra olunur.

Heykəllərin açılması isə Ukrayna-Rusiya müharibəsi başa çatdıqdan sonra Azərbaycan dövlətinin qərarı ilə gerçəkləşə bilər.





Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin