Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərinin şərəfinə heykəl ucaldıldı – FOTO

Hazırda oxunan: Kursk vilayətində döyüşən Şimali Koreya hərbçilərinin şərəfinə heykəl ucaldıldı – FOTO

592718

Kim Çen In Rusiyanın Kursk vilayətində döyüşən Şimali Koreya (KXDR) hərbçilərinin şərəfinə ucaldılan heykəllərin hazırlanmasına şəxsən nəzarət edib. 

Bizim.Media xəbər verir ki, o bildirib ki, heykəl Koreya Xalq Ordusunun döyüş ruhunu, hücum əzmini, cəbhə dostluğunu və vətənə olan alovlu sevgini daha canlı şəkildə simvolizə etməlidir.

Bundan əlavə, Kim Çen In Rusiya qoşunlarının tərəfində Kursk vilayətində gedən döyüşlərdə iştirak etmiş şimali koreyalı hərbçilərə mükafatlar təqdim edib.

The New York Times nəşrinin məlumatına görə, cəbhədə təxminən 5 min KXDR əsgəri döyüşüb, daha 10 min hərbçi isə Rusiyanın şərqində təlim keçir. Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder məlumat verib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin