“Lənətli” ev şok qiymətə satışa çıxarıldı: yeddi sahibinin faciəli aqibəti

Hazırda oxunan: “Lənətli” ev şok qiymətə satışa çıxarıldı: yeddi sahibinin faciəli aqibəti

592677

Venesiyanın Böyük Kanalının sahilində yerləşən Ca’ Dario sarayı satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, XV əsrə aid tarixi bina 20 milyon avro qiymətləndirilir və tam bərpa olunsa da, 2006-cı ildən bəri boşdur.

Əsrlərdir ki, Ca’ Dario ətrafında dolaşan qaranlıq reputasiya bu gün də diqqət çəkir. 

Əfsanələrə görə, saray ən azı yeddi sahibinin və ya kirayəçisinin faciəli ölümü ilə əlaqələndirilir. Rəvayətlərdə qraf Filippo Giordano delle Lanzenin qətli, maliyyəçi Raul Gardininin intiharı, eləcə də The Who qrupunun meneceri Keith Lambertin ölümü xüsusi yer tutur.

Sarayın interyeri dəbdəbəsi ilə seçilir: 9 yataq otağı, sütunlu 8 vanna otağı, freskalarla bəzədilmiş mərasim zalları, Murano çilçıraqları, kitabxana, bağ, şəxsi körpü və kanala açılan terras mövcuddur. (Musavat.com)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin