Sanksiya altında olan tankerin kapitanı Fransada həbs edildi

Hazırda oxunan: Sanksiya altında olan tankerin kapitanı Fransada həbs edildi

592638

Fransa Hərbi Dəniz Qüvvələri ölkənin cənub sahillərində qeydiyyat uyğunsuzluğu şübhəsi ilə "Grinch" tankerinin kapitanını həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Marsel prokurorluğu yayıb.

Məlumata görə, 58 yaşlı Hindistan vətəndaşı yanvarən 22-də başlayan ilkin istintaq çərçivəsində həbs olunub.
 

Kapitan bayraqsız gəmi idarə etmək ittihamı üzrə bir ilə qədər həbsdə qala və 150 000 avroya qədər cərimə ilə cəzalandırıla bilər. Bu maddə, həmçinin cinayətin törədilməsində istifadə edilən gəminin və ya digər dəniz avadanlıqlarının müsadirə edilməsinə də imkan verir.


"Marinetraffic"in məlumatına görə, gəmi Böyük Britaniyanın sanksiya siyahısındadır. Tankerin əsl adı "Karl"dır. O, 2004-cü ildə əsasən Çin və Hindistana neft məhsullarının ixracı üçün inşa edilib.

Fransa hökuməti tankerin əsl adının beynəlxalq sanksiyaları pozmaq üçün istifadə edildiyindən şübhələnir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin