Suriyada terror aktının qarşısı alındı

Hazırda oxunan: Suriyada terror aktının qarşısı alındı

592610

Suriyanın daxili təhlükəsizlik qüvvələri Latakiyada terror aktının qarşısını alıb və üç nəfəri həbs edib.

Bizim.Media xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslər müxtəlif vaxtlarda Latakiya vilayətində daxili təhlükəsizlik əməkdaşlarına və Suriya ordusuna hücumlarda iştirak edən terror qruplaşmasının üzvləridir.
 

Saxlanılanlar arasında "Saraya əl-Cavad" terror qruplaşmasının rəhbəri Mucana Qiyat Mahmud, həmçinin Cəfər Sami Həsən və Adəm Qiyat Mahmud var.


Əməliyyat zamanı onlara aid partlayıcı qurğular, müxtəlif silahlar, döyüş sursatları, qumbaralar və terror aktlarında istifadə üçün hazırlanmış hərbi texnika müsadirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin