Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı - SƏBƏB

Hazırda oxunan: Tramp Danimarkanın baş nazirini 45 dəqiqə danladı - SƏBƏB

592601

ABŞ Prezidenti Donald Tramp 2025-ci ildə baş tutmuş telefon danışığı zamanı Qrenlandiyanın ərazi statusu ilə bağlı məsələni əsas gətirərək, Danimarkanın baş naziri Mette Frederiksenə təxminən 45 dəqiqə ərzində narazılığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə The New York Times nəşri xəbər yayıb.

Qəzetə müsahibə verən Frederiksen Tramp ilə söhbətinin detalları haqqında danışmaqdan imtina edərək qeyd edib ki, “iki həmkar arasında aparılan telefon danışığı yalnız onların arasında qalmalıdır”.

Məlumata görə, Tramp və Frederiksen arasında telefon danışığı 2025-ci il yanvarın 15-də baş tutub. Danışıqdan sonra Frederiksen Danimarkanın TV2 telekanalına verdiyi açıqlamada bildirib: “Ümid edirəm ki, hər kəs, o cümlədən amerikalılar, Qrenlandiya xalqının da digər xalqlar və millətlər kimi öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna hörmət edəcək”.
 

ABŞ Prezidenti 2026-cı il yanvarın 21-də NATO-nun baş katibi Mark Rütte ilə keçirdiyi görüşdən sonra Qrenlandiya məsələsi üzrə mümkün razılaşmanın əsas cizgilərinin formalaşdığını açıqlayıb. Axios portalının yazdığına görə, Rüttenin Trampa təqdim etdiyi razılaşma layihəsi Danimarkanın Qrenlandiya üzərində suverenliyinin qorunub saxlanılmasını və 1951-ci ildə imzalanmış adanın müdafiəsinə dair sazişin şərtlərinin yenilənməsini nəzərdə tutur. Həmin sənəd NATO-nun zəruri hesab edəcəyi halda, ABŞ-a Qrenlandiyada hərbi bazalar və “müdafiə zonaları” yaratmaq imkanı verə bilər.


Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. Vaşinqton və Kopenhagen arasında 1951-ci ildə imzalanmış müqaviləyə əsasən, ABŞ NATO üzrə müttəfiqlik öhdəliklərinə əlavə olaraq, adanı mümkün hücumlardan qorumağı üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin