Münasib qiymətə məhsul seçimləri ilə qısa müddətdə geniş istifadəçi kütləsinə çatan elektron ticarət platforması "Temu" Türkiyə bazarında platforma üzərindən xarici mənşəli məhsullara girişi dayandırıb.
Bizim.Media bu barədə gzt.com-a istinadən xəbər verir.
Bildirilir ki, mobil tətbiq və internet saytı vasitəsilə sifariş vermək istəyən istifadəçilər artıq yalnız Türkiyədə fəaliyyət göstərən və ölkə daxilindən göndəriş edən satıcıları görə bilirlər.
İstifadəçilər axtarış etdikdə və ya məhsulları səbətə əlavə etmək istədikdə, xarici məhsullar sistemdə görünmür.
Məhdudiyyət qərarının qısa müddət əvvəl "Temu"nun Türkiyə ofisində keçirilən rəsmi yoxlamalardan sonra gəlməsi diqqət çəkib.
Şirkət tərəfindən mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:16 / 25.01.2026
"Temu" elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı
Hazırda oxunan: "Temu" elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı
Hazırda oxunan: "Temu" elektron ticarət platforması Türkiyəyə satışları dayandırdı
592598
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































