ABŞ Hərbi Dəniz Qüvvələri uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin modernləşdirilməsi proqramını genişləndirdiyini açıqlayıb. Bununla bağlı “Raytheon” şirkəti ilə 380,8 milyon dollarlıq müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Army Recognition” nəşri məlumat yayıb.
Müqaviləyə əsasən, modernləşdirmə işləri 2029-cu ilin aprel ayınadək davam edəcək. Layihə çərçivəsində raketlər üçün dəyişdirilə bilən modul və aqreqatların tətbiqi nəzərdə tutulur ki, bu da döyüş şəraitində onların tez bir zamanda bərpa olunmasına və yenidən istifadəyə verilməsinə imkan yaradacaq.
Proqramın əsas məqsədi “Tomahawk” raketlərinin istismar müddətini azı üç il uzatmaq, eyni zamanda onların ABŞ Hərbi Dəniz Qüvvələrinin əsas zərbə vasitəsi statusunu qoruyub saxlamaqdır. Yenilənmiş raketlərin dəqiqlik, etibarlılıq və texniki dayanıqlıq baxımından daha yüksək göstəricilərə malik olacağı bildirilir.
Ekspertlərin fikrincə, bu addım Vaşinqtonun qlobal hərbi mövcudluğunu gücləndirmək, dənizdən həyata keçirilən yüksək dəqiqlikli zərbə imkanlarını daha da artırmaq və potensial rəqiblərə qarşı strateji üstünlüyünü qorumaq niyyətindən xəbər verir.
Qeyd edək ki, “Tomahawk” raketləri ABŞ ordusunun arsenalında ən effektiv uzaqmənzilli zərbə silahlarından biri hesab olunur və müxtəlif münaqişə zonalarında geniş şəkildə tətbiq edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:54 / 25.01.2026
ABŞ “Tomahavk” raketlərini yeniləyir: milyardlıq modernləşdirmə proqramı işə düşdü
Hazırda oxunan: ABŞ “Tomahavk” raketlərini yeniləyir: milyardlıq modernləşdirmə proqramı işə düşdü
Hazırda oxunan: ABŞ “Tomahavk” raketlərini yeniləyir: milyardlıq modernləşdirmə proqramı işə düşdü
592596
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































