Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Hazırda oxunan: Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

592560

Xarkov vilayətinin Kupyansk şəhəri tamamilə azad edilib. Hazırda orada yalnız mühasirəyə alınmış rus işğalçılarının yerləşdiyi bir neçə kiçik qrupu qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert İvan Timoçko məlumat verib.

“İşğalçıların niyə hələ də ayrı-ayrı kiçik qrupları qalır? Çünki onları Ukraynanın Müdafiə Qüvvələri üçün minimum itkilərlə məhv etmək lazımdır. Məhvetmə prosesi mərhələli şəkildə aparılır. Həmişə düşməni elə bir səviyyəyədək zəiflətmək daha məqsədəuyğundur ki, o, müqavimət göstərmək imkanını itirsin. Bundan sonra onun tam məhv edilməsi həyata keçirilir, lakin bu proses həmişə vaxt tələb edir”, – deyə ekspert bildirib.

Timoçko vurğulayıb ki, ruslar ümid etdikləri nəticələrə nail ola bilməyiblər.

Onun sözlərinə görə, hazırda Ukrayna hərbçiləri işğalçıları blokadada saxlayır və onların mühasirədən çıxmasına imkan vermirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin