Nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi

Hazırda oxunan: Nişan mərasimində 113 nəfər dəm qazından zəhərləndi

592535

Türkiyənin Malatya şəhərində nişan mərasimində iştirak edən 110-dan çox şəxs dəm qazından zəhərlənib.

Bu barədə Bizim.Media "Haber Global"a istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə Battalgazi rayonunun Orduzu məhəlləsindəki toy salonunda baş verib. Məlumata görə, qonaqlar nişan mərasimi zamanı özlərini pis hiss etməyə başlayıblar. Hadisə yerinə gələn tibb işçiləri qonaqların dəm qazından zəhərləndiyini müəyyən ediblər.

Malatya valisi Seddar Yavuz sosial media hesabında hadisə ilə bağlı açıqlama yayıb: 
"Battalqazi rayonundakı toy salonunda baş verən dəm qazı zəhərlənməsi nəticəsində 113 vətəndaşımız müalicə üçün səhiyyə müəssisələrimizə aparılıb. Onların ümumi vəziyyətinin yaxşı olduğu müəyyən edilib və bu saata qədər bəzi xəstələr evə buraxılmağa başlayıb. 

Hadisəyə səbəb olan günahkarlar barədə araşdırma başlanıb. Həmvətənlərimizə ən xoş arzularımı çatdırır və tezliklə sağalmalarını arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin