“Rusiya və “qaranlıq qüvvələr” yalnız Amerika Birləşmiş Ştatlarından qorxur”.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller Fox News telekanalının efirində bildirib.
“Siz düşünürsüz ki, Rusiya NATO-dakı ölkələrin çoxundan, Avropanın əksər ölkələrindən qorxur? Xeyr. Dünyada bir oyunçu var ki, Rusiya ondan qorxur və hörmət edir — bu ABŞ-dır.
Dünyada qaranlıq qüvvələr, düşmənlər, terrorçular və azad insanların təhlükəsizliyinə real təhdidlər yalnız bir aktordan qorxur — bu, Trampın rəhbərlik etdiyi Amerikadır”, – deyə Miller vurğulayıb.
Bizim.Media
































































































