“Qrenlandiya ilə bağlı mümkün razılaşma ABŞ-ın heç bir ödəniş etmədən bütün strateji məqsədlərinə nail olmasına şərait yaradacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Stiven Miller Fox News telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Qrenlandiya Amerikanın milli təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır və qlobal təhlükəsizlik üçün vacibdir.
“ABŞ prezidentinin “sövdələşmə sənəti” adlandırılan yanaşması sayəsində Vaşinqton Qrenlandiya ilə bağlı istədiyi və ehtiyac duyduğu hər şeyi pulsuz əldə edir”, - deyə Miller bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində Qrenlandiya üçün heç bir ödənişə ehtiyac olmadığını, Vaşinqtonun adada lazım olan bütün hərbi çıxışı təmin edə biləcəyini söyləmişdi.
Bizim.Media
































































































