3-cü dəfə “Eurovision”a qatılır

Hazırda oxunan: 3-cü dəfə “Eurovision”a qatılır

592414

Beynəlxalq səhnənin ulduzu, norveçli müğənni və skripkaçı Aleksandr Rıbak yenidən diqqət mərkəzinə düşüb.

Bizim.Media xəbər verir ki, müğənni üçüncü dəfə “Avroviziya” mahnı müsabiqəsinə qatıla bilər.
 

Belə ki, Norveçin milli televiziya yayımçısı NRK onun adının milli seçim mərhələsi olan Melodi Grand Prix-nin finalçıları sırasında olduğunu açıqlayıb. 39 yaşlı ifaçı müsabiqədə “Rise” adlı yeni bəstəsini səsləndirməyi planlaşdırır.


Qeyd edək ki, yubiley xarakteri daşıyan 70-ci “Avroviziya” mahnı müsabiqəsinə Norveçin Lillehammer şəhərində baş tutacaq.

Xatırladaq ki, Rıbakın 2009-cu ildə Moskvada “Fairytale” mahnısı ilə qazandığı qələbə əfsanəyə çevrilmişdi. Rıbak müsabiqədə ikinci dəfə 2018-ci ildə iştirak etsə də, həmin il yalnız 15-ci yeri tutmuşdu.

Yeni “Rise” mahnısı isə ifaçının yenicə işıq üzü görən və sayca altıncı olan “Fairytales Too” adlı albomuna daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin