“Vaşinqtonun maksimum təzyiq siyasəti işə yarayıb və İran iqtisadiyyatını qırılma nöqtəsinə gətirib çıxarıb”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Maliyyə naziri Skot Bessent “Fox News”a müsahibəsində bildirib.
O, ABŞ hökumətinin İran rejiminə qarşı maksimum təzyiq siyasətinin təsirli olduğunu və ölkə iqtisadiyyatını çöküş həddinə çatdırdığını açıqlayıb: “İranın milli valyutası çökmək üzrədir və mən İran vətəndaşı olsaydım, aktivlərimi ölkədən çıxarardım”.
O, əlavə edib ki, ABŞ hökuməti Donald Trampın göstərişi ilə Xəzinədarlıq Departamenti və Xarici Aktivlərə Nəzarət İdarəsi vasitəsilə Tehrana misli görünməmiş maliyyə təzyiqi tətbiq edib və bu siyasət öz bəhrəsini verib.
Bizim.Media




































































































