Xəbər verdiyimiz kimi Ukrayna Prezidenti Volodimir Zelenski Davosda Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə görüşü keçirilib.
Bizim.Media xəbər verir ki, Zelenski təxminən bir saat davam edən görüşün təfərrüatlarını özünün teleqram kanalında açıqlayıb.
Ukrayna lideri görüşü “məhsuldar və mənalı” adlandırıb: “Trampla yaxşı, məhsuldar və məzmunlu görüş keçirdik. Sülh planı ilə bağlı sənədlər daha da təkmilləşdirilib”.
Tərəflər Ukrayna üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü məsələsini müzakirə ediblər.
Zelenski Amerika liderinə HHM sistemləri üçün göndərilən əvvəlki raket paketinə görə təşəkkür edib və ölkəsinin müdafiə qabiliyyətinin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Bizim.Media

































































































