Türkiyə elan etdi: Suriyada kürd terrorçularının hekayəsi sona çatır

Hazırda oxunan: Türkiyə elan etdi: Suriyada kürd terrorçularının hekayəsi sona çatır

592143

İŞİD-lə mübarizədə artıq rəsmi tərəf Dəməşq hökumətidir. SDQ-nin (Suriyada döyüşən kürd terrorçularının təşkilatı) rolu başa çatır, təşkilat əlindəki üstünlükləri itirir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Türkiyənin təhlükəsizlik mənbələri yayıb.

Qeyd olunur ki, 18 yanvar tarixindən etibarən Suriya hökuməti ilə SDQ arasında 4 günlük atəşkəs razılaşması imzalanıb. SDQ-nin Əl-Hol düşərgəsindən çəkildiyi, Haseke ilə Mosulu birləşdirən Yarubiyə sərhəd-keçid məntəqəsinin isə Suriya ordusunun nəzarətinə keçdiyi bildirilib.

Mənbələrin məlumatına görə, SD!-nin 63 minlik şəxsi heyətinin təxminən 40 mini ərəblərdən ibarətdir.

Təhlükəsizlik qurumları qeyd edir ki, SDQ nəzarət etdiyi ərazilərin təxminən üçdə ikisini itirib və PKK-nın Suriyadakı qolu həm hərbi, həm də diplomatik baxımdan zəifləyib.

Əməliyyatlar nəticəsində Ayn əl-Ərəb – Haseke bağlantısının kəsildiyi, Süleyman Şah türbəsi ətrafı və Karakozak körpüsünün təmizləndiyi vurğulanır.

Razılaşmaya əsasən Suriya əsgərləri kürd kəndlərinə daxil olmayacaq, həmin bölgələrdə silahlı qüvvə yerləşdirilməyəcək, SDQ Haseke valiliyi və Müdafiə Nazirliyi üçün namizədlər təklif edə biləcək, kürdlərin hüquqları konstitusiya ilə təmin olunacaq.

Mənbələr bildirir ki, SDQ-nin prosesi 10 ay yubatması və lider Mazlum Abdi Şahinin qərarlarını Kandillə razılaşdırması ABŞ-da “SDQ ilə PKK arasında fərq olmadığı” qənaətini gücləndirib.

“İŞİD kartı”nın artıq işləmədiyi, SDQ-nin 200 İŞİD üzvünü azad edərək ABŞ-a təzyiq göstərmək istədiyi, lakin bunun əks reaksiya doğurduğu qeyd olunur.

ABŞ prezidenti Trampın Ahmed Şaraa ilə telefon danışığında əsas prioritetin İŞİD həbsxanalarının nəzarətdə olması bildirilib. Sına həbsxanasının idarəsi ABŞ-a, Əl-Hol düşərgəsinin nəzarəti isə Suriya hökumətinə keçib.

Mənbələrə görə, ərəb tayfalarının SDQ-yə qarşı üsyanı təşkilatın dağılmasını sürətləndirib, neft gəlirlərinin və maliyyə resurslarının itirilməsi Kandilin Suriyanı “rezerv zona” kimi istifadə imkanını zəiflədib.

Təhlükəsizlik dairələri bildirir ki, Suriyadakı proseslər Türkiyənin “Terrorsuz Türkiyə” strategiyasını gücləndirə bilər.

Abdullah Öcalanın SDQ-yə “məntiqli şərtlərlə inteqrasiya olun” çağırışı etdiyi, lakin Kandilin prosesi sabotaj etməyə çalışdığı qeyd olunur.

Mənbələrin yekun qiymətləndirməsi belədir: “Vəziyyət gözlədiyimizdən daha yaxşı inkişaf edir.

SDQ-nin hekayəsi bitir. Əgər təşkilat məntiqli davranarsa, inteqrasiya mümkün olacaq. Əks halda hərbi əməliyyatlar davam edəcək. Bu proses “Terrorsuz Türkiyə” hədəfimizi daha da gücləndirəcək.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin