Trampın oğlu qadını rusiyalıdan necə xilas etdi? - DETALLAR

Hazırda oxunan: Trampın oğlu qadını rusiyalıdan necə xilas etdi? - DETALLAR

592140

Londonda məhkəmə 22 yaşlı rusiyalı Matvey Rumyantsev barəsində cinayət işinə baxır. O, zorlamaya cəhd, boğma, hücum və ədalət mühakiməsinə mane olma maddələri ilə ittiham olunur. Hadisə ötən ilin yanvarında baş verib.

Bizim.Media xəbər verir ki, “The Times” nəşrinin məlumatına görə, Rumyantsev qısqanclıq zəminində keçmiş sevgilisini döyməyə cəhd edib. Qadın həmin anda ABŞ prezidentinin oğlu, 19 yaşlı Barron Tramp ilə videozəng vasitəsilə danışırmış. Hücumu görən Barron Tramp polisə zəng edib və bu zəng məhkəmədə sübut kimi təqdim olunub.

Qadınla necə tanış olması barədə suala Barron Tramp belə cavab verib:

“Onunla sosial şəbəkələrdə tanış olmuşam. Onu çox ağır döymüşdülər və zəng təxminən səkkiz dəqiqə əvvəl daxil olmuşdu, bu vaxta qədər nə baş verdiyini bilmirəm.”

Məhkəmədə bildirilib ki, Rumyantsev qadını Barron Trampa qısqanıb və həmin axşam Barronun ona zəng etməyə çalışdığını biləndə qəzəblənib.

Polis hadisə yerinə gəldikdə, patrul əməkdaşlarının kameraları qadının sözlərini qeydə alıb: “Mən Donald Trampın oğlu Barron Trampla dostluq edirəm.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin