ABŞ-ın Qrenlandiya ilə bağlı gizli planı ÜZƏ ÇIXDI – Danimarkadan REAKSİYA – EKSKLÜZİV

Hazırda oxunan: ABŞ-ın Qrenlandiya ilə bağlı gizli planı ÜZƏ ÇIXDI – Danimarkadan REAKSİYA – EKSKLÜZİV

592135

Qrenlandiya ətrafında gərginlik hər keçən gün daha da böyüyür. ABŞ Prezidenti Donald Tramp son açıqlamalarında Qrenlandiyanı “ABŞ ərazisi” və Şimali “Amerikanın bir hissəsi” adlandırıb.

O bu haqda Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Tramp Qrenlandiyanı ABŞ üçün xüsusi maraq kəsb edən “geniş, qorunmayan ada” adlandırıb.

“Bu, bizim ərazimizdir və buna görə də ABŞ-nin təhlükəsizliyi üçün xüsusi maraq kəsb edir. Onun nadir torpaq metallarına çatmaq üçün bir neçə yüz fut buzdan keçmək lazımdır”, deyə D.Tramp əlavə edib.

Bəs Trampın Qrenlandiya ilə bağlı planı nədir? Danimarka ABŞ-ın ada ilə bağlı addımlarına necə reaksiya verəcək?

Mövzu ilə bağlı danimarkalı professor, analitik Maykl Beng Petersen Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırda ABŞ və Danimarka arasında yüksək dərəcədə gərginlik var:

“Siyasi səviyyədə gərginlik var. Həmçinin də həm Danimarka, həm də Qrenlandiya ictimaiyyəti arasında böyük narahatlıq mövcuddur. Odur ki, gərginliyin çox yüksək olduğunu deyərdim. Ola bilsin ki, Donald Trampın ötən gün Davosdakı görüşdə verdiyi bəyanatlar bu gərginliyi bir qədər azaldıb, çünki o, güc tətbiqinin nəzərdə tutulmadığını açıq şəkildə bildirdi. Hansı ki, bu bir qorxu faktoru idi. Beləliklə, Davosdakı çıxış gərginliyi bir az yumşaltmış ola bilər”.

Professor hesab edir ki, Danimarka Qrenlandiyanı ABŞ-a güzəştə getmək fikrində deyil:

“Lakin Donald Trampın Qrenlandiyanı almaq istəyi ilə Danimarka hökumətinin imkanları və Qrenlandiya xalqı ilə hökumətinin istəkləri arasında birbaşa münaqişə olduğu faktını nəzərə alsaq, gərginliyin hələ də yüksək olduğunu deyərdim. Hazırda atılan addımlar avropalı müttəfiqlərlə koordinasiyadan ibarətdir.

Bu, iki səviyyədə həyata keçirilir. Birincisi, ABŞ-ın Danimarka və digər Avropa dövlətlərinə qarşı artan gömrük rüsumları ilə bağlı iqtisadi təhdidləri qarşısında həmrəyliyi təmin etmək. İkincisi, Danimarka və NATO müttəfiqlərinin qoşunlarının Qrenlandiyaya yerləşdirilməsi. Hazırda atılan iki əsas addım budur. Amma düşünürəm ki, bu məqamda səylərin çoxu Avropalı tərəfdaşlar və NATO daxilindəki digər müttəfiqlər arasında həmrəyliyin qorunmasına yönəlib”, - deyə M.Peterson əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin