Tramp: “Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik”

Hazırda oxunan: Tramp: “Yaxın zamanda daha bir münaqişəni həll edəcəyik”

592122

"Yaxın Şərqdə sülh var, heç kim bunun mümkün olacağını düşünmürdü. Biz səkkiz müharibəni həll etmişik".

Bizim.Media xəbər verir ki, bu sözləri Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində deyib.

O, Yaxın Şərqdə sülhün bərqərar olduğunu bildirib və bunun əvvəllər mümkün hesab edilmədiyini deyib. Onun sözlərinə görə, indiyədək səkkiz münaqişə həll olunub.

D.Tramp əlavə edib ki, daha bir münaqişənin yaxın zamanda həll ediləcəyinə inanır: “Düşünürəm ki, hansından danışdığımı bilirsiniz. Elə bilirdim ki, bu, asan olacaq, amma ən çətin məsələ məhz bu oldu”, - deyə Tramp qeyd edib.

ABŞ Prezidenti Ukraynadakı müharibəyə toxunaraq, orada insan tələfatının çoxluğunu dəhşətli adlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin