Tramp 2028-ci il seçkiləri üçün varislərin adını çəkdi

Hazırda oxunan: Tramp 2028-ci il seçkiləri üçün varislərin adını çəkdi

592067



“Respublikaçılar Partiyasında 2028-ci ildə prezidentliyə namizədliyini irəli sürə və Donald Trampın irsini davam etdirə biləcək yaxşı varislər heyəti var”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NewsNation”a müsahibəsində bildirib.

"Şübhəsiz ki, yaxşı namizədlər heyətimiz, çox istedadlı insanlarımız var", - deyə o qeyd edib.

Tramp deyib ki, onun favoritləri var, lakin vəziyyət dəyişə biləcəyi üçün onların adlarını açıqlamaq hələ tezdir. Buna baxmayaraq, o, vitse-prezident Ceymc Vens, dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Besenti fərqləndirərək onların adlarını çəkib.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin