ABŞ Ticarət Palatası ABŞ Dövlət Departamenti və Ticarət Nazirliyi ilə birlikdə Azərbaycana ilk dəfə ikitərəfli biznes missiyası təşkil edir.
Bizim.Media xəbər verir ki, missiya fevralın 9-10-da Bakıda baş tutacaq.
İkigünlük səfər çərçivəsində yüksəksəviyyəli nümayəndə heyəti ABŞ şirkətlərinə Azərbaycan dövlət orqanları, dövlət şirkətləri və özəl sektorun aparıcı oyunçuları ilə birbaşa əlaqə qurmaq imkanı yaradacaq.
Əsas diqqət energetika və rəqəmsal transformasiya, müdafiə və nəqliyyat, kənd təsərrüfatı və səhiyyə, maliyyə və investisiyalar üzərində cəmləşəcək.
Missiyanın proqramında Prezident Administrasiyası və Nazirlər Kabineti, müvafiq nazirliklər, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Azərbaycan Dövlət Neft Fondu, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), "PAŞA Holdinq" MMC, Azərbaycan Amerika Ticarət Palatası ("AmCham"), həmçinin digər dövlət və özəl qurumların nümayəndələri ilə görüşlər nəzərdə tutulub. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:29 / 22.01.2026
ABŞ Azərbaycanla birgə biznes missiyası hazırlayır
Hazırda oxunan: ABŞ Azərbaycanla birgə biznes missiyası hazırlayır
Hazırda oxunan: ABŞ Azərbaycanla birgə biznes missiyası hazırlayır
592066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































