“Birləşmiş Ştatlardan başqa heç bir dövlət və ya dövlətlər qrupu Qrenlandiyanın təhlükəsizliyini təmin edə bilməz. Biz böyük bir dövlətik — insanların təsəvvür etdiyindən də qat-qat böyük. Düşünürəm ki, onlar bunu iki həftə əvvəl Venesuelada başa düşdülər”.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxışı zamanı bildirib.
“Biz bunu İkinci Dünya müharibəsi zamanı da gördük: Danimarka cəmi altı saatlıq döyüşdən sonra Almaniya qarşısında məğlub oldu və nə özünü, nə də Qrenlandiyanı qorumaq iqtidarında idi. İkinci Dünya müharibəsindən sonra biz Qrenlandiyanı Danimarkaya qaytardıq. Bunu etməklə nə qədər axmaq davrandıq. Amma biz bunu etdik. İndi isə onlar nə qədər naşükürdürlər?
Həmin vaxt Birləşmiş Ştatlar hərəkətə keçməyə məcbur idi.
Biz bunu etməyi öz borcumuz hesab edirdik. Qrenlandiyanı nəzarətdə saxlamaq üçün öz qoşunlarımızı göndərməyi”, - Tramp deyib.
Bizim.Media































































































