Solovyovun oğlu ərə getdi – FOTO

Hazırda oxunan: Solovyovun oğlu ərə getdi – FOTO

591956

Rusiyalı televiziya aparıcısı Vladimir Solovyov uzun illərdir ki, anti-Azərbaycan təbliğatı aparan jurnalist kimi tanınır. Rus faşizmini təbliğ edən, qeyri-ruslara, o cümlədən azərbaycanlılara qarşı iftiralar yağdıran Solovyov millətlər arasında nifaq toxumu əkməklə mütəmadi gündəmə gəlir.

Bizim.Media xəbər verir ki, Vladimir Solovyovla bağlı araşdırma aparan azərbaycanlı yazıçı Firuz Mustafa maraqlı məlumat açıqlayıb.

“Solovyovun murdar əməlləri haqqında mətbuatda çox yazılıb. O, həm də tərbiyəsiz ailə başçısıdır. Beş dəfə (dördü rəsmi olmaqla) ailə qurub, 10 uşağı var”, - deyə F.Mustafa bildirib.
 

Yazıçının sözlərinə görə, bir müddət əvvəl Rusiya KİV-də və xarici mətbuatda Solovyovlar barəsində “tozqoparan” bir məlumat yayılıb. Sən demə, Vladimir Solovyovun ikinci nikahdan olan oğlu Daniel Solovyov ərə gedib:


“O, eyni cinsdən olan gənclə, tanınmış hüquqşünas Nikolay Mizulinin oğlu ilə “ailə qurub”. Yeri gəlmişkən, Nikolayın anası Yelena Muzina Rusiya Dövlət Dumasının deputatıdır.

Cütlüyün “toyu” məşhur Baham adalarında baş tutub.

Mübarək olmasın. “Təbrik” edə bilərsiz”, - F.Mustafa ironiya ilə vurğulayıb.

Yazıçı bildirib ki, bu məlumatları Rusiya mətbuatından əldə edib.

“Hətta Solovyov bir dəfə teleefirdə oğlunun “ərəgetmə” məsələsinə toxunaraq, bunu böhtan adlandırıb. Amma bir çox mənbələr konkret sübutlar gətirərək Vladimir Rudolfoviçin yalanını faş edib”, - F.Mustafa qeyd edib.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin