Tramp yeni BMT yaradır?

Hazırda oxunan: Tramp yeni BMT yaradır?

591890

BMT potensialı sayəsində fəaliyyətini davam etdirməlidir, lakin Qəzza ilə bağlı təklif edilən Sülh Şurası bu təşkilatı əvəzləyə bilər.

Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Ağ Evdə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Birləşmiş Ştatların dövlət başçısı təxminən 2 saatlıq çıxışında BMT-ni müharibələrə son qoymaqda səmərəsiz fəaliyyətinə görə dəfələrlə tənqid edib.
 

Xatırladaq ki, Sülh Şurası əvvəlcə İsrail-Fələstin münaqişəsinə son qoymaq və Qəzza sektorunun yenidən qurulmasını təmin etmək məqsədilə ABŞ tərəfindən hazırlanan 20 maddəlik sülh planının bir hissəsi kimi təklif olunub.


Lakin bir neçə media orqanı tərəfindən əldə edilən qurumun nizamnamə layihəsində Qəzza sektorundan bəhs olunmur. Bunun əvəzinə, orada bütün dünyada münaqişələrin həllinə yardım üzrə BMT-nin onilliklərdir oynadığı rolu əks etdirən görüşlər yer alıb.

Ekspertlər Sülh Şurasını “Donald Trampın BMT-si” adlandırır və onun fəaliyyətinin BMT-ni zəiflədəcəyini düşünürlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin