Baş nazir çağırış etdi: 5 günlük ərzaq ehtiyatı görün

Hazırda oxunan: Baş nazir çağırış etdi: 5 günlük ərzaq ehtiyatı görün

591853

“ABŞ-ın Qrenlandiyaya müdaxilə ehtimalı istisna edilmir, buna görə də adanın əhalisi və hakimiyyət orqanları bu ssenariyə hazır olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen Bloomberg-ə açıqlamasında bildirib.
 

Onun sözlərinə görə, hərbi qarşıdurma ehtimalı az olsa da, tam istisna edilə bilməz. Baş nazir qeyd edib ki, hazırda hakimiyyət orqanları mümkün dəyişikliklərə və gündəlik həyatda yarana biləcək fasilələrə əhalinin hazırlanması məqsədilə xüsusi işçi qrup formalaşdırır.


Eyni zamanda, hökumət əhali üçün tövsiyələr paketi üzərində çalışır. Tövsiyələrdən birinə əsasən, vətəndaşların evlərində azı beş gün üçün kifayət edəcək ərzaq ehtiyatı olmalıdır.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampın Qrenlandiya ətrafındakı vəziyyətlə bağlı Avropa İttifaqına qarşı rüsumlar tətbiq etməsini tənqid edib və Avropanın bu addımlara cavabının “qətiyyətli, vahid və mütənasib” olacağını bəyan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin