Ərdoğan Trampla telefonda nəyi MÜZAKİRƏ ETDİ?

Hazırda oxunan: Ərdoğan Trampla telefonda nəyi MÜZAKİRƏ ETDİ?

591836

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
 

Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, regional və qlobal məsələlər müzakirə olunub.


Ərdoğan Türkiyənin Suriyadakı prosesləri yaxından izlədiyini, onun birlik, bərabərlik və ərazi bütövlüyünün Türkiyə üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə, həmçinin İŞİD-lə mübarizə və Suriyadakı həbsxanalarda saxlanılan üzvlərinin vəziyyəti müzakirə edilib.

Türkiyə prezidenti bildirib ki, bütün elementləri ilə inkişaf edən, terrorizmindən təmizlənmiş və sabit Suriyanın formalaşması regionun ümumi sabitliyinə töhfə verəcək.
 

Danışıq zamanı Qəzzada sülhün təmin olunması istiqamətində görülən işlərə də toxunulub. Türkiyə tərəfi bu məsələdə ABŞ ilə koordinasiyalı fəaliyyətini davam etdirəcəyini bəyan edib.


Prezident Rəcəb Tayyib Ərdoğan Qəzza Sülh Şurasına dəvətə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü çatdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin