Trampdan Ermənistan–Azərbaycan danışıqları barədə: Bu, böyük bir sülh oldu

Hazırda oxunan: Trampdan Ermənistan–Azərbaycan danışıqları barədə: Bu, böyük bir sülh oldu

591820

Prezident Putin mənə Ermənistan və Azərbaycanla bağlı dedi: “İnana bilmirəm ki, siz bu müharibəni həll etdiniz. Mən 10 ildir bu münaqişəni həll etməyə çalışıram”.

Bizim.Media xəbər verir ki, Donald Tramp bu fikirləri prezidentliyə başlamasının bir illiyi münasibətilə keçirdiyi brifinqdə səsləndirib.

O qeyd edib ki, hər iki ölkə uzun illər müharibə vəziyyətində olub.

“Mən hər iki ölkənin liderini Oval Ofisə çağırdım. Biri bir tərəfdə, o biri digər tərəfdə oturmuşdu. Təxminən bir saat ərzində bir-birinin yanında oldular və biz yekunlaşdırana qədər onlar bir-birlərinə sarıldılar. Bu, böyük bir sülh oldu”,- deyə Tramp əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin