Avropanın Qrenlandiya TRAGİKOMEDİYASI – Danimarkadan sonra bu ölkələr HƏDƏFDƏDİR

Hazırda oxunan: Avropanın Qrenlandiya TRAGİKOMEDİYASI – Danimarkadan sonra bu ölkələr HƏDƏFDƏDİR

591743

Tramp adminstrasiyasının Danimarkaya məxsus Qrenlandiyanı ABŞ-a birləşdirmək planı ilə bağlı situasiya gərginləşməyə doğru gedir.

Bu vəziyyət Avropanı çətin duruma salıb. Köhnə qitənin bir sıra ölkələri guya Qrenlandiyanı müdafiə adı altında adaya çox cüzi sayda qoşun yerləşdiriblər.

Belə ki, Fransa və Almaniya adaya 15, Norveç 2, İsveç 3, Birləşmiş Krallıq 1, Finlandiya 2, Niderland  isə 1 hərbçi göndərib. Ardınca məlumatlara görə, Berlin adaya göndərdiyi 15 nəfərlik hərbi heyəti təcili geri çağırıb. Amma alman hərbçilərin Qrenlandiyanı qəfil tərk etmələrinin səbəbi hələlik açıqlanmayıb.
 

Qrenlandiyanı təhdidlərdən qoruyacaqlarını bəyan edən Avropanın adaya olduqca cüzi sayda kontingent göndərməsi istər-istəməz “köhnə qitə”nin nə dərəcədə zəif, çıxılmaz durumda olması ilə müzakirələrə səbəb olub. Anoloji olaraq, Berlinin kontingenti göndərib, üstündən iki gün keçəndən sonra geri çağırması da Almaniyanın zəifliyinin, qorxaqlığının göstəricisidir. Bu hərəkətlərilə Avropa ölkələri əslində Qrenlandiyanı müdafiə edə bilməyəcəklərini də ortaya qoymuş olurlar.


Avropa necə bu duruma düşdü?

Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Avropa İttifaqının Qrenlandiya məsələsində Danimarkaya dəstək göstərməsi sözün əsl mənasında məsxərə və məzhəkə silsiləsindəndir:

“Faktiki olaraq rəsmi Brüssel Trampın artan iştahası qarşısında təslim olur. Belədə vəziyyətdən çıxış yolu kimi, demarş edərək, əraziyə hərbçi göndərməyi qərara alırlar. Amma o hərbçilərin heç bir dəstəyi yoxdur. Danimarkanın özü də kral səviyyəsində bəyan edib ki, əsas təhdid mənbələri ABŞ deyil, Rusiyadır. Belə bir təzadlı vəziyyətdə həmin məsələyə ciddi münasibət bəslənilməsinə lüzum da yoxdur”.

“Bu, faktiki olaraq, BMT-nin faciəsidir”.

Politoloq qeyd edib ki, hər hansı bir iştirakçı, oyunçu, subyekt qaydaları pozur, digərlərinə meydan oxuyursa, buna prinsipial siyasi və hüquqi qiymət verilməlidir:

“Amma Avropa tərəfindən bunun şahidi olmadıq. Faktiki olaraq, Avropa siyasətçiləri məsələnin üzərindən keçərək, guya münasibət bildirdilər. Lakin onların sərt və qəti münasibətini görmədik. Avropanın rəzil duruma düşməsi səbəbindən bu gün “qara buludlar” Kopenhagen üzərindədirsə, sabah Paris, Berlin, Praqa və digərlərinin də üzərində olacaq”.

Rüfət Sultan, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin