Tbilisidə Azərbaycan vətəndaşı SAXLANILDI

Hazırda oxunan: Tbilisidə Azərbaycan vətəndaşı SAXLANILDI

591687

Tbilisidə 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşı olan F.A. adlı şəxs soyğunçuluq ittihamı ilə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə vətəndaşın əl çantasını oğurlayaraq hadisə yerindən qaçıb.

Azərbaycan vətəndaşı cinayət əməlinin törədilməsindən qısa müddət sonra şübhəli şəxs kimi yaxalanıb. Oğurlanmış əl çantası maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq davam etdirilir. Törədilmiş cinayət əməli 6 ilədək həbs cəzası ilə cəzalandırılır. (Mənbə: Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin