“Mənə Nobel mükafatı vermədiniz, əvəzində Qrenlandiyanı alıram” – Trampın bitməyən KİNİ

Hazırda oxunan: “Mənə Nobel mükafatı vermədiniz, əvəzində Qrenlandiyanı alıram” – Trampın bitməyən KİNİ

591679

Nobel Sülh Mükafatını ala bilməməsinin acısını indi də Qrenlandiyadan çıxaran ABŞ prezidenti Donald Tramp buna görə də “artıq yalnız sülh haqqında düşünmək” borcu olmadığını bildirib.
 

Danimarka ərazisi olan Qrenlandiyanı ABŞ-a birləşdirmək istəyən və buna görə də Avropa İttifaqı ilə Vaşinqton arasında münasibətləri gərginləşdirən ABŞ prezidenti Donald Tramp geri çəkilmək istəmir. Özünü "sülh prezidenti" adlandıran və guya səkkiz müharibəyə son qoyduğuna görə Nobel Sülh Mükafatını almağı xəyal edən, lakin arzusu ürəyində qalan Tramp Avropa ölkələrinə “bac-xərac” tətbiq etmək qərarına gəlib.


Trampın bir bəhanəsi də Danimarkanın Qrenlandiyanı Rusiya və ya Çindən qoruya bilməyəcəyi iddiasıdır.

Bundan əlavə ABŞ prezidenti israr edir ki, Danimarkanın Qrenlandiya üzərində yazılı sənədləri yoxdur:

“Yalnız yüz illər əvvəl orada bir qayığın dayandığı faktı var, nə olsun, orada bizim də qayıqlarımız var idi”.

Danimarkanın baş naziri dəfələrlə açıqlamasında bildirib ki, Nobel Komitəsi üzərində nəzarətləri yoxdur, “mükafatı kimə verib-verməyəcəyini biz onlara məcbur edə bilmərik”.

Bu arada, Aİ liderləri Trampın tarif təhdidinə qarşı mümkün cavab tədbirlərini müzakirə etmək üçün fövqəladə görüş keçirəcəklər. Yanvarın 22-də Brüsseldə hadisələri qarşılıqlı müzakirə edib, əgər Trampla diplomatik səylər yolu ilə həll yolu tapmasalar, Aİ dövlətləri ABŞ şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdıracaqlar.

Xatırladaq ki, Tramp Qrenlandiyaya görə Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Hollandiya və Finlandiyaya 1 fevraldan etibarən əlavə 10% tarif tətbiq edəcəyini və bu nisbətin iyun ayında 25%-ə qaldırılacağını açıqlamışdı.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin