Lukaşenkonun bəyanatından sonra Ermənistanda həyəcan təbili çalındı - SƏBƏB

Hazırda oxunan: Lukaşenkonun bəyanatından sonra Ermənistanda həyəcan təbili çalındı - SƏBƏB

59167

Ötən gün Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı jurnalist Vladimir Solovyova müsahibəsində bildirib ki, digər postsovet ölkələri, o cümlədən Ermənistan Belarus və Rusiya birlik dövlətinə qoşula bilər.

Lukaşenko xüsusilə deyib:

“Belarus artıq oradadır. Düşünürəm ki, Qazaxıstan üçün yaxşı dərs oldu. Səhv etməsək, Ukraynanın orada olacağına əminəm. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Bunu artıq gördülər”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Ermənistanın “Past” qəzetində yer alıb.

Mənbə hesab edir ki, “belə bəyanatlar təsadüfi deyil. Əldə etdiyimiz məlumata görə, birlik dövləti məsələsi Ermənistan hakimiyyətinin kuluarında fəal şəkildə müzakirə olunur. Üstəlik, konkret addımlar atılır, görüşlər keçirilir”.

Nəşr iddia edir ki, “2024-cü ilə qədər Ermənistanın birlik dövlətinə daxil olmasının yekun variantının hazırlanması və müvafiq vahid paketin parlamentin ratifikasiyasına təqdim edilməsi barədə ilkin razılıq əldə olunub.
Bu kontekstdə Rusiyadan olan müxtəlif emissarların Ermənistana səfərləri, yerli rusiyayönlü siyasi və ictimai dairələrlə təmasları intensivləşib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin