Moldova MDB-dən çıxmasına imkan verəcək əsas sazişlərin denonsasiyası proseduruna başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Radio Moldova”nın efirində ölkənin baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoy bildirib.
“Moldova Müstəqil Dövlətlər Birliyində üzvlüyünün əsasını təşkil edən üç əsas sazişin — MDB-nin Nizamnaməsinin, MDB-nin yaradılması haqqında Sazişin və müvafiq əlavənin denonsasiyası proseduruna başlayıb. Onların rəsmi şəkildə ləğvindən sonra ölkəmiz hüquqi baxımdan MDB-nin üzvü olmaqdan çıxacaq. Halbuki de-fakto olaraq təşkilatda iştirak daha əvvəl dayandırılmışdı. Bu sənədlər yekun təsdiq üçün parlamentə göndəriləcək”, — deyə baş nazirin müavini qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:53 / 19.01.2026
Moldova MDB üzvlüyündən ÇIXIR
Hazırda oxunan: Moldova MDB üzvlüyündən ÇIXIR
Hazırda oxunan: Moldova MDB üzvlüyündən ÇIXIR
591634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































