ABŞ İranın ali rəhbəri Əli Xameneinin hakimiyyətinə son qoymaq üçün bütün mümkün addımları atmalıdır.
Bizim.Media xəbər verir ki, bu barədə senator Ted Kruz Fox News-ə müsahibəsində danışıb.
“Düşünürəm ki, ABŞ bu rejimə son qoymaq üçün bütün imkanlardan istifadə etməlidir”, – deyə o, əlavə edib.
Senator qeyd edib ki, ayətulla Xamenei Amerikaya nifrət edir.
“O mütəmadi olaraq “Amerikaya ölüm!” şüarları səsləndirən kütlələrə rəhbərlik edir”, – deyə Kruz vurğulayıb.
Bununla yanaşı, Xamenei aparatının nümayəndəsi Mehdi Fazəli ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyini dəyişdirməyə çağıran açıqlamalarını “günahkar bir şəxsin ümidsiz cəhdləri” adlandırıb.
Bizim.Media



































































































