53 məscid, 180 təcili yardım maşını yandırılıb – İrandakı etirazlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA

Hazırda oxunan: 53 məscid, 180 təcili yardım maşını yandırılıb – İrandakı etirazlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA

591502

“İranda baş verən etiraz aksiyalarında çox sayda ictimai iaşə obyekti, dövlət binası və polis məntəqəsi yandırılaraq tamamilə yararsız hala salınıb. Vətəndaşlara məxsus mülklər və mənzillər hədəf alınıb, bəzi şəhərlərdə 200-ə yaxın ticarət obyekti yandırılıb. Mağazalarını bağlamaqdan imtina edən sahibkarlar fiziki məhv və yandırılma ilə hədələniblər”.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam Respublikasının Bakıdakı Səfirliyinin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Səfirliyin açıqlamasında bildirilib ki, nümayişlər zamanı xüsusi təyinatlı texnikalar da hədəfə alınıb:
 

“53 yanğınsöndürən və 180 təcili tibbi yardım maşını yandırılıb. Təkcə paytaxtda 26 bank filialı və 25 məscid vandalizm aktına məruz qalaraq yandırılıb. Ölkə miqyasında ümumilikdə 53 məscidə od vurulub.


Bundan əlavə, yaralı şəxslər qətlə yetirilib. Belə ki, vətəndaşların yaralıları xəstəxanaya çatdırmaq cəhdi zamanı, bəzi şəxslər kömək bəhanəsi ilə onlara qoşulub, lakin bir qədər sonra hər 11 yaralıya yaxın məsafədən "nəzarət atəşi" açaraq onları qətlə yetiriblər. Silahlı terrorçulardan 1300-dən çox odlu silah və hərbi sursat aşkar edilərək müsadirə olunub”, - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin