Zelenski almaniyalı nazirlə niyə görüşməyib? - CNN səbəbini öyrəndi

Hazırda oxunan: Zelenski almaniyalı nazirlə niyə görüşməyib? - CNN səbəbini öyrəndi

59147

Almaniyanın xarici işlər naziri Annalena Burbokun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü alman tərəfinin Kiyevə hərbi yardım göstərməkdən imtinası, həmçinin “Şimal axını 2” ilə bağlı fikir ayrılıqları səbəbindən ləğv edilib. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, informasiyanı CNN telekanalının jurnalisti Ceyk Tupper “Ukrayna hökumətinə yaxın mənbəyə” istinadən yayıb.

Bu barədə o, Twitter-də qeydlərini yazıb.

“Şərqi Avropada və Kiyevdə bir çoxları Almaniyanı getdikcə daha çox Qərbin müttəfiqi kimi deyil, Rusiyanın müttəfiqi kimi görürlər. Onlar bunu keçmiş kansler Şröderin timsalında dilə gətirirlər", deyə kanalın mənbəsi bildirib.
Xatırladaq ki, bazar ertəsi Burbok Zelenski ilə görüş keçirə bilməyəcəyini açıqlamışdı. Həmin görüşdə fransalı həmkarı Jean-Yves Le Drian da iştirak etməli idi, lakin Fransa tərəfi planlarını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin