Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

Hazırda oxunan: Qəzzanı idarə edəcək komitənin üzvləri məlum oldu

591454

Fələstinin Qəzza zolağının idarəetməsi üzrə Milli Məşvərət Komitəsinin ilk iclası Qahirədə keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Misirin "Əl-Qahira əl-İxbariya" televiziya kanalı məlumat yayıb.

İclasda ilk bəyannamə qəbul edilib və tam tərkib açıqlanıb. Belə ki, yeni inzibati orqan 12 üzvdən ibarət olacaq.
 

Komitəyə Qəzzada iqtisadiyyat, sənaye, ticarət, təhsil, telekommunikasiya, kənd təsərrüfatı, səhiyyə və təhlükəsizlikdən məsul olacaq fələstinli texnokratlar daxil olub.


Müvəqqəti administrasiyada digərləri ilə yanaşı, HƏMAS hərəkatının tanınmış müxaliflərindən biri Sami Nasman (anklavda daxili təhlükəsizliyə nəzarət edəcək), Fələstin Milli Hakimiyyətinin (FMH) Ali Məhkəməsinin keçmiş sədri Adnan Əbu Vərda (Qəzzada ədliyyə sektoruna nəzarət edəcək) və FMH-nin keçmiş biznes və iqtisadi hüquqlar naziri Usamə əl-Sədavi (zolaqda mənzil tikintisinə cavabdeh olacaq) vəzifələr tutublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin