Makron suriyalı həmkarı ilə telefonla danışdı

Hazırda oxunan: Makron suriyalı həmkarı ilə telefonla danışdı

591428

Fransa Prezidenti Emmanuel Makron suriyalı həmkarı Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.

Bizim.Media xəbər verir ki, Makron bu barədə "X"də yazıb.
 

"Bu gün səhər Suriyanın Prezidenti ilə danışdım. Ona Suriyada gərginliyin artması və ölkə hakimiyyəti tərəfindən həyata keçirilən hücumların davam etməsi ilə bağlı narahatlığımızı bildirdim.


Daimi atəşkəsin təmin olunması vacibdir və ötən ilin martında əldə olunmuş razılaşmalar əsasında "Suriya Demokratik Qüvvələri"nin (SDQ) dövlətə inteqrasiyası barədə sazişə nail olunmalıdır. Söhbət Suriyanın birliyi və sabitliyindən gedir", – Fransa lideri vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin