Suriya Ordusu Fərat çayının şərqində Rakka və Deyrizor istiqamətlərində irəlilməyə davam edir.
Bizim.Media xəbər verir ki, Suriya Ordusu Rakka şəhərini mühasirəyə almağa başlayıb.
Suriya Ordusu Rakkanın qərbində Baas su anbarı və Tabka Hava Limanını azad edib.
Rakka və Deyrizorda yerli ərəb qəbilələri də YPG/SDQ-yə qarşı silahlı müqavimətə başlayıb. Rakka və Deyrizor şəhərlərində bir neçə məhəllə qəbilələrin nəzarəti altına keçib və bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Deyrizor vilayətində Muheymide, Suveydan-ı Cezira, Murat, Gıranic, Et-Tayyane, El-Cerzi, Hatla, El-Huseyniyye, Duvar el-Halebiyye, El-Bağur, Elbu Bedran, El-Bahra, Es-Suse, Ebu Hardub, Eş-Şenan, Denec, Zeyban, Havayic, Şahil, Zer, Busayra, Subha, Dehla, Cedid Bekkara, Huşam, Mazlum, El-Hisan, Cefra Sahası, Huvayic Bumasa, Sava yaşayış məntəqələri, o cümlədən Ömər neft ve Kuniko qaz yataqları da artıq qəbilələrin nəzarətindədir.
Suriya Ordu Deyrizor yaxınlığında YPG/SDQ silahlılarının toplaşma məntəqəsi sayılan Hajin şəhərini nəzarət altına alıb.
SANA agentliyi Tabaka rayonundan geri çəkilən YPG/SDQ-nin həbsxanadakı əsirləri öldürdüyü, Rakkaya gələn əsas su kəmərini partlatdığı barədə məlumat yayıb. Suriya hökuməti Tabakada əsirləri edam edən YPG/SDQ-nin Cenevrə Konvensiyasını pozaraq hərbi cinayətə yol verdiyini bəyan edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:30 / 18.01.2026
Suriya Ordusu bu istiqamətlərdə irəliləyir - Kürd terrorçularına AĞIR ZƏRBƏ - VİDEO
Hazırda oxunan: Suriya Ordusu bu istiqamətlərdə irəliləyir - Kürd terrorçularına AĞIR ZƏRBƏ - VİDEO
Hazırda oxunan: Suriya Ordusu bu istiqamətlərdə irəliləyir - Kürd terrorçularına AĞIR ZƏRBƏ - VİDEO
591405
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































