Tacikistanla sərhəddə 4 əfqanıstanlı terrorçu MƏHV EDİLDİ

Hazırda oxunan: Tacikistanla sərhəddə 4 əfqanıstanlı terrorçu MƏHV EDİLDİ

591398

Əfqanıstanla sərhəddən Tacikistana qanunsuz daxil olan dörd silahlı terrorçu zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) Sərhəd Qoşunlarının mətbuat mərkəzinin "Xovar" agentliyinin saytında dərc edilən bəyanatında deyilir.

Məlumata görə, terror təşkilatının dörd silahlı üzvü yanvarın 18-nə keçən gecə Əfqanıstanın Bədəxşan əyalətindən Tacikistanın Xatlon vilayətinin ərazisinə qanunsuz daxil olub. Məlumatda qeyd edilib ki, terrorçular sərhədçilərin təslim olmaq əmrlərinə tabe olmayıb və silahlı müqavimət göstəriblər.

"Döyüş əməliyyatları zamanı dörd terrorçu məhv edilib", - bəyanatda qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin