Pentaqon Alyaskada 1 500 hərbçini döyüş hazırlığına gətirdi

Hazırda oxunan: Pentaqon Alyaskada 1 500 hərbçini döyüş hazırlığına gətirdi

591379

ABŞ Müdafiə Nazirliyi Alyaskada yerləşən təxminən 1 500 hərbi qulluqçunu mümkün daxili eskalasiya ssenarisi üçün hazırlıq vəziyyətinə keçirib.

Bizim.Media xəbər verir ki, məlumata görə, hərbçilər Minnesota ştatına göndərilə biləcək ehtiyat qüvvə kimi nəzərdə tutulur. Bu addım prezident Donald Trampın ölkə daxilində baş verən iğtişaşlarla bağlı Qiyam Aktını (Insurrection Act) tətbiq etmək ehtimalını dilə gətirməsi fonunda atılıb.

Söhbət Alyaskada dislokasiya olunmuş 11-ci hava-desant diviziyasına daxil olan iki piyada batalyonundan gedir. Hərbçilər mümkün göndəriş üçün logistika və əməliyyat baxımından hazır vəziyyətə gətirilib. Rəsmilər bildirirlər ki, bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və hazırda Minnesotaya qoşun göndərilməsi ilə bağlı yekun əmr verilməyib.

Qeyd edək ki, Tramp bundan əvvəl immiqrasiya xidməti (ICE) agentləri ilə etirazçılar arasında baş verən toqquşmalar fonunda Qiyam Aktını işə sala biləcəyini bəyan etmişdi. Lakin sonradan o, vəziyyətin hələlik bu addımı tələb etmədiyini bildirib.

Hazırlıq vəziyyətinə keçid ABŞ-da daxili təhlükəsizliklə bağlı müzakirələrin yenidən kəskinləşdiyini və federal hakimiyyətin mümkün gərginlik ssenarilərinə qarşı hərbi variantları da nəzərdən keçirdiyini göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin