Avropa İttifaqının səfirləri təcili iclasa ÇAĞIRILDI - NƏ BAŞ VERİR?

Hazırda oxunan: Avropa İttifaqının səfirləri təcili iclasa ÇAĞIRILDI - NƏ BAŞ VERİR?

591346

2026-cı il yanvarın 18-də Avropa İttifaqına üzv 27 ölkənin səfirləri təcili toplantı üçün bir araya gələcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə Reuters agentliyi yazıb.

Bildirilir ki, iclas ABŞ prezidenti Donald Trampın Vaşinqton Qrenlandiyanı almayacağı təqdirdə Avropa mallarına rüsumları artırmaq hədələri fonunda çağırılıb.

“AB-yə altı ay müddətinə sədrlik edən Kipr şənbə axşamı iclasın bazar günü keçiriləcəyini açıqlayıb. Aİ diplomatlarının sözlərinə görə, görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00 – red.) başlayacaq”, – deyə məlumatda qeyd olunur.

ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker Avropanı prezident Donald Trampın Qrenlandiyanı almaq niyyətinə həddindən artıq sərt reaksiya verməkdə ittiham edib. Onun sözlərinə görə, adanın anneksiyası “ABŞ, Danimarka və Qrenlandiya arasında məsələdir”.

Daha sonra Tramp Qrenlandiyanın alınmasına qarşı çıxan Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan idxala əlavə rüsumların tətbiq ediləcəyini bəyan edib.

Avropada bu qərara koordinasiyalı cavab veriləcəyi vəd olunub. Fransa prezidenti Emmanuel Makron isə bildirib ki, “Fransa Avropada və digər ölkələrdə xalqların suverenliyi və müstəqilliyinə sadiqdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin